Antalyada keçirdiyi təlim-məşq toplantısını fevralın 5-də yekunlaşdıraraq vətənə dönən “Xəzər Lənkəran” heyətini daha bir hücumçu ilə gücləndirir.
Korner.az-ın məlumatına görə, kosta-rikalı Vilyam Filips Farleylə razılığa gəlmək üzrə olan “Xəzər Lənkəran”, son anda qərarını dəyişib.
Karyerası bir o qədər də zəngin olmayan kosta-rikalı futbolçunun əvəzinə argentinalı səviyyəli hücumçu ilə ilkin razılaşma əldə edən “ağ-yaşıllar” futbolçu ilə bir başa müqavilə imzalamaq niyyətindədir. Hələlik Cənubi Amerika təmsilçisinin adı açıqlanmasa da çox güman ki, yaxın saatlarda onun adı da bəlli olacaq.
"12cioyuncu.info"