Premyer Liqanın XXVII turunda “Xəzər Lənkəran”ın qonağı olacaq “Simurq” Lənkərana tam heyətlə getməyib.
Korner.az-ın məlumatına görə, baş məşqçi Georgi Çixradze iki legioneri səfərə aparmayıb.
Bunlardan biri Benjamin Lambotdu. Belçikalı futbolçu ötən tur sarı vərəqə limitini doldurub və bu oyunu buraxmalıdı. Patrik Osiako isə zədə səbəbindən meydana çıxmayacaq.
Qeyd edək ki, “Simurq”da indiyədək 19 oyun keçirən keniyalı futbolçu 1 qola imza atıb.
