Ölkəmizi Avropa Liqasında təmsil edəcək "Xəzər Lənkəran" Avstriyada təlim-məşq toplanışı çərçivəsində Ukraynanın məşhur Kiyev “Dinamo” ilə qarşılaşacaq. Korner.az-ın məlumatına görə, bu barədə məlumatı "Dinamo"nun rəsmi saytı yayıb. Məlumatda bildirilir ki, Kiyev klubu da hal-hazırda Avstriyada hazırlıqlarını davam etdirir.
"Xəzər Lənkəran"ın Kiyev "Dinamo"suna qarşı matçı iyunun 20-22-si aralığında keçiriləcək.
Qeyd edək ki, Kiyev təmsilçisi UEFA Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində "Mançester Siti" ilə qarşılaşıb və hər iki matçın nəticəsinə görə, (2:0, 0:1) növbəti mərhələyə "Xəzər Lənkəran"ın sınaqçı rəqibi oldu.
