Antalyada təlim-məşq toplantısını davam etdirən "Xəzər Lənkəran"ın düşərgəsinə daha bir fubolçu qoşulub.
Korner.az-ın məlumatına görə, baxışa dəvət edilən futbolçu ispaniyalı Alvaro Silvadı.
29 yaşlı mərkəz müdafiəçisi peşəkar karyerasına 2003-cü ildə Sequnda B liqasında mübarizə aparan “Marbelya”da debüt edib.
2006/07 mövsümündə “Malaqa”nın əsas komandasına cəlb olunub. Burada "Sportinq" (Xixon) ilə matçda qol hesabını açan müdafiəçi komandası Primeroya yüksələn kimi komandadan kənarlaşdırılıb.
Futbolçunun son klubu sequndada mübarizə aparan "Xerez" olub. Alvares burada 12 oyuna çıxıb.
Qeyd edək ki, Silva karyerası ərzində Sequndada 165 oyun keçirib 2 qol vurub, Sequnda B də isə 64 matçda 1 dəfə fərqlənib.
