“Xəzər Lənkəran” növbəti transferini reallaşdırmaq üzrədi.
Korner.az-ın klubun mətbuat xidmətindən əldə etdiyi məlumata görə, "ağ-yaşıllılar"ın dördüncü transferi makedoniyalı oyunçudu.
Millisinin də şərəfini qoruyan Nikola Qligorovun 30 yaşı var.
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Makedoniya milllisində 6 dəfə forma geyinmək şansı qazanan futbolçu mərkəz yarımmüdafiəçisidi.
Hal-hazırda Kiprin "Alki Larnaka" klubunun şərəfini qoruyan Nikola bu komandada 58 oyuna 3 qol vurub.
Bundan başqa aldığımız digər məlumata görə, "Xəzər Lənkəran" İspaniyada top qovan futbolçu ilə danışıqlara başlayıb.
Klubun icraçı-direktoru Höccət Hacıyev saytımıza bildirib ki, həm yerli və həm də xarici klublarla hal-hazırda danışıqlar davam etdirilir.