"Biz Mahir Şükürovu tranfer edəcəyik xəbərləri sadəcə uydurmadı". Bu sözləri Korner.az-a açıqlamasında "Xəzər Lənkəran" klubunun icraçı direktoru Höccət Hacıyev deyib.
Klub rəsmisi ümumiyyətlə Mahir Şükürovu tranfer etməyəcəklərini bildirib:
"Biz heç bir zaman Mahir Şükürovla maraqlanmamışıq. Bu yalan xəbərdi. Bəzi insanlar "Xəzər Lənkəran"ın adından istifadə edib özlərini reklam edirlər. Bizim transfer planlarımızda Mahir Şükürov yoxdu".
