Bir neçə gündür ki Bakıda məskunlaşancənub təmsilçisi “Xəzər Lənkəran” “Rəvan” olə qarşılaşmanın hazırlığına start verib.
Korner.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunun
süni örtüklü meydançasında cənublular gündə bir dəfə olmaqla məşqlərini davam
etdirir.
Bir müddətdir zədədən əziyyət çəkən Rasim
Ramaldanov, Rahid Əmirquliyev, kamerunlu Mbilla Etame və rumıniyalı Adrian Skarlatake
komandaya qoşularaq fərdi məşqlərlə kifayətlənirsə, braziliyalı yarımmüdafiəçi
Deyvid Sakkoni zədə ucbatından hələlik hazırlıqdan kənarda qalıb. O cümlədən
milli komandaların toplanışı ilə əlaqədar Elnur Cəfərov (U-19), Ağabala
Ramazanov (U-21) və Dejan Blajevski (Makedoniya millisi) “Xəzər Lənkəran”dan
ayrı düşüb. Bakıda hazırlığını davam etdirən Lənkəran təmsilçisi martın 7-də
matçın keçiriləcəyi “Bayıl Arena”da oyun öncəsi son məşqini keçirib matç
saatını gözləyəcək.
Nəzərinizə çatdıraq ki, Azərbaycan Premyer
Liqasının XXV turunun “Rəvan” – “Xəzər Lənkəran” görüşü martın 8-də saat
15:00-da start götürəcək.
