Premyer Liqanın 12-ci turu çərçivəsində noyabrın 20-də səfərdə “İnter”lə qarşılaşacaq “Xəzər Lənkəran” hazırlıqlarını Bakıda davam etdirir.
Korner.az-ın məlumatına görə, komanda dünən növbəti məşqini keçirib.
“Dalğa Arena”da başlayan və saat yarım davam edən hazırlıq prossesinin gedişi zamanı Alfred Sanko və Ağabala Ramazanov fərdi qaydada məşq ediblər. Qeyd edək ki, hər iki futbolçu artıq zədələrini sağaltmaq üzrədirlər.
Məşqi klub prezidenti Mais Mənsimov izləyib.
12cioyuncu.info
