Antalya toplanışını yekunlaşdıraraq vətənə dönən "Xəzər Lənkəran" daha bir futbolçunun keçidini həll etmək üzərdi.
Korner.az-ın klubdan əldə etdiyi məlumata görə, "ağ-yaşıllar" argentinalı forvard Lusiano Olquini heyətinə qatmağa çalışır.
30 yaşlı forvard 1,88 sm boya malikdi. Karyerası boyunca Argentinanın "Rasinq", "San Martin", Belçikanın "Royal Antverp", "Beveren", Yunanıstanın "Periakos", Çinin "Tianjin Teda", "Çanqjun Yatay" və Kolumbiyanın "Ameriko de Kali" klublarında çıxış edən Olquinlə yaxın günlərdə rəsmi müqavilə bağlanacağı gözlənilir.