“Xəzər Lənkəran”ın əvəzedici komandası Rusiyada təlim-məşq toplanışı keçir.
Korner.az-ın məlumatına görə, Elbrus Məmmədovun rəhbərlik etdiyi kollektiv Krasnodarın Krımsk şəhərində mövsümün qalan hissəsinə hazırlaşır.
Lənkəranlılar Rusiyada 5 yoxlama oyunu keçirəcək. “Xəzər Lənkəran” yanvarın 12-də “Fakel” (Voronej), 3 gün sonra Krasnodar vilayətinin yığma komandası, ayın 18-də “Krasnodar”ın əvəzedici heyəti, 21-də “Kuban”ın ikinci komandası ilə qarşılaşacaq. 5-ci matçdakı rəqib bəlli olmasa da, yanvarın 25-də baş tutacağı dəqiqdi.
