"Xəzər Lənkəran"a ispan baş məşqçi ilə anlaşdığı haqda ilk olaraq saytımız məlumat vermişdi. Məsələ ilə bağlı klubla əlaqə saxladıq.
"Ağ-yaşıllar"ın mətbuat xidmətinin rəhbəri Yalçın Əliyev Korner.az-ın xəbərini təkzib etmədi.
"Biz bir neçə ölkədən baş məşqçi ilə maraqlanırıq. Lakin konkret nə isə olmadığından ad çəkə bilmərəm. Bu məsələ ilə bağlı rəhbərlik məşğul olur. Həqiqətən siz deyən variant var. Amma onunla bağlı konkret nə isə danışa bilmərəm. Yaxın günlərdə bu məsələyə aydınlıq gələcək”.
