Türkiyədə təlim-məşq toplanışını davam etdirən “Xəzər Lənkəran” bu gün növbəti yoxlama görüşünü keçirəcək.
Korner.az-ın məlumatına görə, Yunis Hüseynovun komandası “Kayserispor”la qarşılaşacaq.
Superliqa təmsilçisi ilə oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, “Xəzər Lənkəran” daha öncə keçirdiyi sınaq matçlarında “Niğdespor”a qalib gəlib (1:0), “Kasımpaşa”ya uduzub (0:2), "Antalya Kundu Spor"u 8:1 hesabı ilə məğlub edib.
21 iyul
Yoxlama oyunu
20:00. “Xəzər Lənkəran” – “Kayserispor” – 1:1
Qollar: Vüqar Nadirov, 19 (1:0), Samed Ali Kaya, 60 (1:1)
