Türkiyədə təlim-məşq toplantısında olan “Xəzər Lənkəran” bu gün ilk yoxlama oyununu keçirəcək.
Korner.az-ın məlumatına görə, Lənkəran təmsilçisi Türkiyənin “Kayseri Ərciyəsspor” klubunun A2 komandası ilə qarşılaşacaq.
Son mövsüm superliqadan birinci liqaya düşən Türkiyə klubunun ikinci komandası ilə oyun Bakı vaxtı ilə saat 20.00-da başlayacaq.
8 iyul
Yoxlama oyunu
20:00. “Xəzər Lənkəran” – “Kayseri Ərciyəsspor”
