“Xəzər-Lənkəran”ın qapıçısı Kamran Ağayevin Lənkəranı tərk etməsi Cənub camiəsində birmənalı qarşılanmır. Klubun mətbuat xidmətinin rəhbəri Yalçın Əliyevin Korner.az-a verdiyi açıqlamada məsələyə bir-iki gün içində aydınlıq gətiriləcəyini deyib:
"Məndə olan yeganə məlumat budur ki, Kamran Ağayev Lənkəranı icazəsiz tərk edib. Bununla bağlı klub rəhbərliyi bir-iki günə öz qərarını verəcək".
