“Xəzər Lənkəran”ın maraq dairəsində olan İbrahim Toramanın yeni klubu müəyyənləşib.
Korner.az-ın məlumatına görə, “Beşiktaş”dan ayrılan müdafiəçi “Qaziantepspor”a dönüb.
Tərəflər arasında artıq razılıq əldə olunub. Toraman mövsümün sonunadək 2001-2004-cü illərdə çıxış etdiyi Qaziantep klubunun formasını geyinəcək.
Qeyd edək ki, Toraman mövsümün əvvəlində Sezer Öztürklə məşqdə dava etdiyindən “Beşiktaş”ın əsas heyətindən kənarlaşdırılmışdı. Bir müddət əvvəl isə Mustafa Dənizlinin onu “Xəzər Lənkəran”a gətirmək istədiyi deyilirdi.
