Bu gün UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində növbəti oyunlar keçiriləcək.
Korner.az–ın məlumatına görə, ölkəmizi bu turnirdə təmsil edən 3 klubdan biri – "Xəzər Lənkəran" İsraildə "Makkabi" (Hayfa) klubunun qonağı olacaq.
İlk mərhələdə Malta "Slima"sını (1:1, 1:0) iki oyunun nəticəsinə görə yenən "ağ-yaşıllar"ıl bu dəfə daha çətin rəqib gözləyir. Bundan əlavə Hayfa klubu bu il həm də 100 illiyini qeyd edir.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Avropa Liqası, II tənifat mərhələsi
18 iyul
22:00 "Makkabi" (Hayfa) – "Xəzər Lənkəran" 2:0
Qol: Ezra, 37, Turgeman, 55
"Makkabi": 33. Saranov, 13. Tvatha, 21. Keynan, 27. Meshumar, 7. Bokkoli, 8. Ezra, 10. Rayo, 25. Sokalik, 20. Katan (k), 17. Turgeman, 19. Abuthazira.
"Xəzər Lənkəran": 30. Toni Doblas, 8. Eder Bonfim, 21. Rodomir Todorov, 27. Adrian Skarlatake, 6. Rasim Ramaldanov, 7. Sadio Tounkara, 11. Zohair Benuahi, 14. Rahid Əmirquliyev, 23. Nikola Qliqorov, 99. Marin Orsuliç, 12. Junior Nildo.
