“Xəzər Lənkəran”ın ispan futbolçusu Edu Oriolla yolları ayıracağı gözlənilir.
Korner.az-ın məlumatına görə, Con Toşakın istəyi ilə yayda transfer olunan ispan yarımmüdafiəçi “Xəzər Lənkəran”a heç bir xeyir verməyib. Bunun nəticəsiidi ki, o, cəmi 6 oyunda (200 dəqiqə) komandanın formasını geyinib. Mustafa Dənizli Lənkəran klubunun başına qısa müddət əvvəl keçsə də, artıq Oriolla bağlı qərarını verib: 27 yaşlı ispan komandaya lazım deyib.
Edu “Xəzər Lənkəran”a İspaniyanın “Saraqosa” klubundan keçmişdi. O, əvvəllər “Pobla Mafumet”, “Reus”, “Sant Andreu” klublarında və “Barselona”nın B komandasında çıxış edib.
Qışda “Xəzər Lənkəran”ı daha bir neçə futbolçu tərk edəcək. Yekun siyahı son iki turun oyunundan sonra müəyyənləşəcək.
