Bir müddətdi baş məşqçi axtarışlarını davam etdirən"Xəzər Lənkəran"ın sükanı arxasına keçəcək yeni baş məşqçinin kimliyi artıq məlumdu.
Korner.az-ın klubdan əldə etdiyi məlumata görə, "ağ-yaşıllar"ın yeni çalışdırıcısı İspaniyadandı. Cənub klubunun sükanı arxasına keçəcək yeni baş məşqçi İspaniyanın məşhur "Barselona" klubunda da, çalışıb. Adını dəqiqləşdirə bilmədiyimiz yeni çalışdırıcı ilə artıq danışıqlar yekunlaşıb və qısa zaman ərzində müqavilə bağlanacağı bildirilir.
Əldə etdiyimiz digər məlumata görə, sözügedən ispan komandanın fiziki hazırlıq üzrə məşqçisi, Erik Roketa Kapilla deyil.
Yeni baş məşqçinin adına qısa zamanda aydınlıq gətirməyə çalışacağıq. Bizi izləyin…
