İranın “Peykan” klubunun futbolçusu Hamed Dağıstani iyun ayının 17-də “Xəzər Lənkəran”ın düşərgəsinə yollanacaq.
Bu barədə Korner.az-a futbolçu özü məlumat verib. 24 yaşlı əslən azərbaycanlı olan Hamed Dağıstani Premyer Liqanın 2-3 klubunda forma geyinə biləcəyini də istisna etməyib. Sol cinah müdafiəçisi qismində çıxış edən Hamed sayıtımıza bunları deyib:
“Mən
qış fasiləsindən sonra Lənkərana gəldim. “Xəzər Lənkəran”a keçidim
mümkün idi. Lakin “transfer pəncərəsi” bağlandığı üçün yenidn İrana
qayıtmaq məcburiyyətində qaldım. İyun ayının 17-də yenidən Azərbaycana gələcəm. Həm atam, həm də anam mənim Azərbaycanda oynamağımı istəyir. Menecerim 2-3 klubla danışıqlar aparır. Ancaq mən “Xəzər Lənkəran”da çıxış etmək istəyirəm”.