“Xəzər Lənkəran” cari mövsümün bitməsini gözləmədən ilk transferini reallaşdırıb.
Korner.az-ın klubun saytına istinadən məlumatına görə, cənub təmsilçisi Franko Nildonu rənglərinə bağlayıb.
Bundan öncə AZAL klubunda çıxış edən braziliyalı forvard 2012-2013 mövsümündə rəqib qapılarından 21 top keçirib. 29 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanılıb.