“Xəzər Lənkəran” Uğur Pamukun transferini rəsmiləşdirdi.
Korner.az-ın klubun saytına istinadən məlumatına görə, futbolçu ilə bu gün iki illik müqavilə imzalanıb.
1989-cu ildə Almaniyanın Bilefeld şəhərində anadan olan hücumçu “Arminiya” klubunun yetirməsidir. Karyerasına bu komandada başlayan Pamuk 2007/08 mövsümünü Bilefeld təmsilçisində keçirib.
2008-ci ilin yayında aşağı dəstə təmsilçisi “TuS Dornberq”ə keçən hücumçu 3,5 mövsüm bu komandada oynayıb. Həmin klubdakı sonuncu 2011/12 mövsümünün ilk yarısında Uğur Azərbaycana transfer olunub.
2012-ci ilin yanvarından Uğur “Sumqayıt”ın şərəfini qoruyub. Həmin ildə 3 dəfə Berti Foqts tərəfindən Azərbaycan milli komandasına çağırılıb.
