Karles Bakesin istefasından sonra baş məşqçi postu boş qalan "Xəzər Lənkəran"da yeni çalışdırıcılarla danışıqlar davam edir.
Korner.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, "ağ-yaşıllar"ın baş məşqçi postuna namizəd olan iki çalışdırıcının hansı ölkdən olduğunu dəqiqləşdirilib. Cənub şəhərinin təmsilçisi ingilis və alman baş məşqçilərlə danışıqlar aparır. Hal-hazırda bu posta 3 real namizəd olsa da, biz ikisinin hansı ölkədən olduğunu dəqiləşdirdik. Sözügedən iki çalışdırıcıya gəlincə isə hər iki baş məşqçi öz ölkəsində kifayət qədər tanınan, işlədiyi klubları çempion etmiş şəxslərdi.
Əldə etdiyimiz digər məlumata görə, adları açıqlanmayan ingilis, alman və hansı ölkədən olduğunu dəqiləşdirə bilmədiyimiz digər baş məşqçiyə "ağ-yaşıllar"dan artıq rəsmi təklif göndərilib. Yaxın günlərdə bu məsələnin həllini tapması gözlənilir.
Səxavət QURBANOV