"Oyunun gərgin keçəcəyini bilirdik. Buna görə də yaxşı hazırlaşmışdıq”. Korner.az-ın məlumatına görə, bu sözləri "Simurq" klubunun baş məşqçisi Georgi Çıxradze deyib.
Gürcüstanlı mütəxəssis Topaz Premyer Liqasının IV turunun “Xəzər Lənkəran”la təxirə salınmış oyunu haqda fikirlərini açıqlayıb: "Xəzər Lənkəran" hücum futbolunu göstərdi. Biz də əks hücumlarda 2 qol vuraraq qalib gəldik. Rəqibə qarşıdakı oyunlarda uğurlar arzulayıram”.
Qeyd edək ki, “Simurq” səfər oyununda 2:0 hesabı ilə qalib gəlib.
