Azərbaycanı Avropa Liqasında təmsil edəcək "Xəzər Lənkəran" artıq bir futboilçunun keçidini rəsmiləşdirmək üzrədi.
Öncədəndə xəbər verdiyimiz kimi Hollandiya ikinci divizionunda "Volendom" forması ilə bombardir olan Yak Tuyp "ağ-yaşıllı" olmağa yaxındı. Artıq bu futbolçunun keçidi 2-3 günə bəlli olacaq.
Cənub klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu Korner.az-a verdiyi açıqlamada "Neftçi"dən ayrılan Nikolas Kanaleslə maraqanmadıqlarını deyib:
"Kanaleslə maraqlanmırıq. Bu şaiyədi. O, "Neftçi"dən 1 milyon pul istəyir. O qiymətə biz 4 futbolçu alarıq. Misal üçün, sizin saytınızda Yak Tuypla bağlı transfer xəbəri var idi. Tuyp Kanales tipli futbolçudu. O, da Kanales kimi oyun göstərir və qollar vurur".
Qeyd edək ki, Hollandiyanın «Volendam» klubunda çıxış edən Tuyp 22 qolla son mövsümdə Eerste diviziyanın bombardiri olub.