“Xəzər Lənkəran” noyabrın 27-də Bakıda bir araya gələcək.
Korner.az-ın məlumatına əsasən “Ağ-yaşıllar” 15-ci turun hazırlıqlarını paytaxtda davam etdirəcək.
Qeyd edək ki, “Araz Naxçıvan” klubunun fəaliyyəti dayandırıldığından “Xəzər Lənkəran” Premyer Liqanın XIV turunu boş buraxaraq XV tur çərçivəsində dekabrın 7-də “Qəbələ” ilə keçiriləcək qarşılaşmaya hazırlaşacaq.
