Üç günlük istirahətini başa vuran “Xəzər Lənkəran” bu gündən başlayaraq məşqlərini bərpa edir.
Korner.az-ın klubun rəsmi saytına istinadən yaydığı məlumata görə, komanda axşam saatlarında Lənkərandakı bazasının ehtiyat meydançasında məşqə çıxacaq.
Xatırladaq ki, Topaz premyer liqasının XIV turunun ”Bakı” – “Xəzər Lənkəran” matçı noyabr ayının 22-də keçiriləcək.
