Xəbər verdiyimiz kimi, bu gün “Xəzər Lənkəran” UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda iştirak etməkdən ötrü İsrailə yollandı.
Korner.az-ın məlumatına görə, saat 19:00-da Bakı-Tel Əviv reysi ilə yola düşən komanda İsrail paytaxtına yerli vaxtla saat 20:30-da çatdı. Ardınca “Xəzər Lənkəran” xüsusi ayrılmış avtobusla oyunun baş tutacağı Hayfaya yollanaraq bu şəhərin “Dan Panorama” otelində yerləşdi.
Növbəti gündən etibarən Con Toşakın yetirmələri oyuna hazırlığa start verir. İlk məşq sabah yerli vaxtla saat 10:00-da keçiriləcək.
