“Bizim üçün bu qərar çox ani oldu. Biz məhkəmənin fevral ayının 15-də olacağını gözləyirdik. Lakin dünən qapalı iclasla hökm oxunub. Aldığımız məlmumata görə, 4 nəfər azarkeş azad olunub. Bunlardan 1-i “Neftçi”, 3-ü “Xəzər Lənkəran” azarkeşidi. Qalan 3 nəfər isə həbs olunub”.
Korner.az-a açıqlamasında bu sözləri “Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.
Klub rəsmisi həmçinin bundan sonra da azarkeşlərə dəstək olacaqlarını bildirib:
“Bilirsiniz ki, biz məhkəməyə azarkeşlərdən heç bir şikayətimiz olmadığı barədə məktub da ünvanlamışdıq. “Xəzər Lənkəran” həbs olunan azarkeşlərə əlindən gələn köməkliyi etməyə çalışacaq”.
