“Xəzər Lənkəran” Futbol Klubunun veteranları və fan-klublarının ölkə ictimaiyyətinə
Müraciəti
Əziz həmvətənlər, hörmətli futbol ictimaiyyəti! 28 May 2013-cü ildə Respublika stadionunda Azərbaycan kubokunun finalında baş verənlərlə bağlı fikirlərimizi sizinlə bölüşmək istərdik. Cari mövsümün ölkə kubokunun qalibinin müəyyən olunması üçün keçirilən oyunda həm fan-klublarımız həm də biz veteranlar iştirak etdik. “Xəzər Lənkəran”ı təmsil edən azarkeşlər stadionda mütləq əksəriyyəti təşkil edirdi və biz oyun boyu yalnız komandamıza azarkeşlik edib arenada hər hansı xoşagəlməz hadisənin yaşanmaması üçün əlimizdən gələni etdik. Təsadüfi deyil ki, azarkeşlərimizin tribunalarda açdığı banner və səsləndirdiyi fikirlərdə təhqir adına heç bir ifadə yox idi. Yalnız qarşı tərəfin ilk dəqiqələrdən ünvanımıza səsləndirdiyi müəyyən atmacalara azarkeşlərimiz cavab vermək məcburiyyətində qaldı. Bununla belə təəssüflər olsun ki, matç sonrası hamımızın gözü qabağında azarkeşlik etdiyimiz klubun futbolçuları “Neftçi” klubunun rəsmiləri və futbolçuları tərəfindən amansızlıqla döyüldü. Biz belə bir mənzərinin yaşanmasından hədsiz dərəcədə məyusuq və hiddətlənmişik. Amma ümid edirik ki, hüquq mühafizə orqanları günahkarlara lazım olan layiqli cəzanı verəcəklər. Lakin oyunun təşkilatçısı kimi PFL-in yarıtmaz işi də göz qabağındadır. Bu qədər mühafizəçinin meydanda sərbəst dolaşmasına təşkilatçı qurum niyə imkan yaratmışdı və buna qədər digər oyunlarda da belə hallara göz yummuşdu? Biz futbolda şiddətin, dava-dalaşın bütünlüklə əleyhinəyik. Belə hallar Azərbaycan futbolunun adına xoş heç nə gətirmir. Yaxşı olardı ki, nəinki Lənkəranda, Zaqatalada, Qəbələdə və elə paytaxtın özündə bəzi klublarla oyunlarda “Neftçi”nin yerli komandaların azarkeşləri tərəfindən hiddətlə qarşılanması “Neftçi” rəhbərliyini yaxşıca düşündürsün. Bunun səbəbləri araşdırılsın. Bütün ictimaiyyət gözəl bilir ki, bunun səbəbi harada gizlənir. Bu mənada bazar ertəsi “Xəzər” TV kanalının efirində PFL prezidenti Ramin Musayevin dilindən biz daha fərqli şeylər eşitmək istərdik. Təəssüf ki, Musayev yenə günahı başqa yerdə axtardı. Söz yox ki, biz də son insidentin daha geniş müzakirələrə yol açmamasının, sakitliyin bərpa olunmasının tərəfdarıyıq. Amma bunun üçün mütləq günahkarlar ciddi cəzalanmalıdır. Amansızlıq edən mühafizəçilərə və operatora oyun cəzası vermək hansı məntiqə sığır Ramin bəy? Siz hər dəfə hansı isə futbolçu döyülən zaman efirə çıxıb “bu məsələni unudaq” deyirsiniz. Eyni çıxışı eyni kanalın efirində Elvin Əliyev, İbrahim Karqbo döyüləndə də deyirdiniz.
Amma özünüz də görürsünüz ki, unutdurmağa çalışdığınız, ört-basdır etdiyiniz insidentlər daha böyük müstəviyə çıxır. Çünki, ortada layiqli cəza yoxdur. Bu dəfə ən azı həmişə etdiyiniz hərəkətinizdən qaçın. Daha böyük insidentlərin qarşısını almaq naminə mütləq lazımi cəzalar verilməli, günahı birinci rəhbərlik etdiyiniz qurumda görüb kənarda səhv axtarmamalısınız. Ümid edirik ki, ən azı bu biabırçılıq sizə dərs olacaq!
Bir daha bütün “Xəzər Lənkəran” azarkeşlərinə olay zamanı göstərdiyi soyuqqanlılıq və mədəni davranışlarına görə minnətdarlıq edir, ölkəmizin futbol ictimaiyyətini isə ölkə futbolunda quldurluq və qoçuluq hallarının növbəti dəfə yaşanmaması üçün lazımi addımlar atmağa səsləyirik.

“Xəzər Lənkəran” klubunun veteranları adından: Məcid Şirinov
“Xəzər Lənkəran” rəsmi fan klubunun rəhbəri: Samir Qasımov
“Bosman” fan-klubunun rəhbəri: Mirhafiz Babayev
“12-ci oyunçu” Azarkeş Qrupunun rəhbəri: İslam Cabbarlı
“Сaspian Ultras” fan klubunun rəhbəri: Ramal Novruzov