Antalya təlim-məşq toplanışını başa vuran "Xəzər Lənkəran" bu gün səhər tezdən Azərbaycana qayıdıb.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakıda “Modern” otelində məskunlaşan komandaya 1 günlük istirahət verilib.
Sabah isə cənub təmsilçisi tam tərkibdə Lənkərana yollanacaq. “Xəzər Lənkəran” Topaz Premyer Liqasının XIX turunun "İnter"lə fevralın 11-də keçiriləcək oyununa hazırlığını doğma məkanda davam edəcək. Komandanın gündə 2 dəfə məşq keçəcəyi nəzərdə tutulub.