Ölkəmizi Avroliqada təmsil edəcək “Xəzər-Lənkəran” bu gün Avsrtiyadakı təlim-məşq toplanışını başa vuracaq. Korner.az-ın məlumatına görə, bu gün Avstriyada daha iki məşqə çıxacaq Cənub təmsilçisi axşam saatlarında Vyana-Bakı reysi ilə vətənə dönəcək. Bakıda 1 gün istirahət etdikdən sonra iyulun 1-dən etibarən komanda məşqlərini Lənkəranda davam etdirəcək.
