Gələn il yaranmasının 10 illiyini qeyd edəcək “Xəzər Lənkəran” bir çox layihələrə imza atmağı düşünür.
Korner.az-ın klubun saytına istinadən verdiyi xəbərə görə, "Xəzər Lənkəran" yubiley tədbirləri çərçivəsində böyük bir addım atıb.
Qardaş Türkiyənin nəhəng klublarından sayılan “Fənərbağça” “Xəzər Lənkəran” ölkəmizə gətirir. Türkiyə klubunun əsas komandası ilə bu il iyulun 21-də, saat 20:00-da Lənkəran şəhər stadionunda yoldaşlıq görüşü keçiriləcək.
