Türkiyədə təlim məşq toplanışında olan “Xəzər Lənkəran” klubu son yoxlama oyununa çıxıb.
Korner.az-ın məlumatına görə, cənub təmsilçisi Türkiyə III Liqada çıxış edən “Derincespor”la qarşılaşıb.
Görüş “gəmiçilər”in 2:1 hesablı qalibiyyəti ilə yekunlaşıb. Komandanın qollarını L’İmam Seydi vurub.
Qeyd edək ki, “Xəzər Lənkəran” Türkiyədə keçirdiyi əvvəlki yoxlama görüşlərində “Niğdespor” (1:0) və “Antalya Kunduspor”a (8:1) qalib gəlib, “Kayserispor”la heç-heçə edib (1:1), “Kasımpaşa”ya isə məğlub olub (0:2).
Lənkəranlılar bu gün Vətənə qayıdacağı gözlənilir.
