Avstriyada təlim-məşq toplanışını davam etdirən "Xəzər Lənkəran" klubu bu gün növbəti yoxlama matçına çıxıb. Korner.az-ın məlumatına görə, Cənub təmsilçisi Kiyev "Dinamo"su ilə qarşılaşıb. Ölkəmizi Avropa Liqasında təmsil edəcək "Xəzər Lənkəran" Ukrayna təmsilçisi ilə bacarmayıb.
İlk hissədə Rıbalka və Kravetsin qolları Yunis Hüseynovun yetirmələrinin məğlub olmasına səbəb olub. Xatırladaq ki, Avstriyada ilk yoxlama matçında Almaniyanın Regional Liqasında çıxış edən "Starnberq" klubu ilə qarşılaşan "Xəzər Lənkəran" rəqibini 6 cavabsız qolla darmadağın etmişdi – 6:0.
20 iyun
Yoxlama görüşü
21:00. "Xəzər Lənkəran" – "Dinamo" (Kiyev) – 0:2
Qol: Rıbalka, 34 (0:1), Kravets, 45+2 (0:2)
"Xəzər Lənkəran": Ağayev (Bayramov, 61), Bonfim, Skarlatake, Allahverdiyev, Todorov, Abdullayev (Abdullazadə, 66), Əmirquliyev, Alviş, Pit, Qomes (Sariç, 61 ), Subaşiç (Brenes, 46).
"Dinamo": Boyko (Kiçak, 77), Danilo Silva, Almeyda, Betao, Popov, El Kadduri, Rıbalka (Buyalski, 81), Ninkoviç, Dudu (Eskobar, 46), Mexmedi (Kaverin, 62), Kravets (Xlyebas, 76)
