“Xəzər Lənkəran” daha bir futbolçu ilə yollarını ayırıb.
Korner.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, komandanın əvəzedici heyətində çıxış edən, müəyyən matçlarda əsas komandaya da cəlb olunan Akif Tağıyev “Xəzər Lənkəran”ın heyətindən uzaqlaşdırılıb.
Qeyd edək ki, gənc yarımmüdafiəçi “Xəzər Lənkəran”a 2011/2012 mövsümündə transfer olunmuşdu.