"Xəzər Lənkəran" kapitanı Rahid Əmirquliyevlə yeni müqavilə bağlayıb.
Bu barədə Korner.az-a "ağ yaşıllar"ın icraçı direktoru Höccət Hacıyev məlumat verib. Klub rəsmisi Əmirquliyevlə 2 illik müqavilənin imzalandığını bildirib. Hacıyev Adiran Pit, Eder Bonfim, Elnur Allahveriyev və Kamran Ağayevlə də 2 illik müqavilənin imzalandığını bildirdi.
