"Xəzər Lənkəran" Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində son yoxlama oyununu keçirib. Korner.az-ın məlumatına görə, Avropa Liqası öncəsi son sınaq matçına çıxan cənubluların rəqibi gözlənildiyi kimi Bolqarıstanın "Lokomotiv" (Plovdiv) klubu deyil Çexiyanın “Dinamo” (Çeşke Budeyoviçe) komandası olub.
7 qolun vurudluğu qarşılaşmada "Xəzər Lənkəran" 2:5 hesabı ilə məğlub olub. Lənkəranlılar bu matçla Avstriyadakı 3 həftəlik hazırlıq prosesini başa vuraraq, ayın 29-da Vətənə qayıdacaq. Cənub təmsilçisi Avstriyada keçirdiyi əvvəlki yoxlama oyunlarında Almaniyanın Regional Liqasında çıxış edən “Starnberq”ə 6:0 hesabı ilə qalib gəlib, Kiyev “Dinamo”suna 0:2 hesabı ilə uduzub, Rumıniyanın “Vaslui” klubu ilə 1:1 hesablı bərabərliyə qalıb.
“XƏZƏR LƏNKƏRAN” (AZƏRBAYCAN) – “DİNAMO” (ÇEŞKE-BUDEYOVİÇE, ÇEXİYA) – 2:5
"XƏZƏR LƏNKƏRAN": Kamran Ağayev, Eder Bonfim, Manuel Skarlatake, Elnur Allahverdiyev, Ruslan Abışov, Sadio Tounkara, Roberto Alviz, Rahid Əmirquliyev, Rikardo Qomeş, Adrian Pit, Rendal Brenes