Dünən Premyer Liqanın 12-ci turu çərçivəsində doğma azarkeşlər önündə "Rəvan"ı darmadağın edən (4:0) "Xəzər Lənkəran" istirahətə buraxılıb.
Korner.az-ın məlumatına görə, noyabrın 9-da Bakıda bir araya gələcək. Həmin gün komanda paytaxtdan Lənkərana yola düşəcək.
Qeyd edək ki, “Xəzər Lənkəran” noyabrın 18-də səfərdə “Bakı” ilə görüşəcək.
