Yanvar ayının 5-dən etibarən Türkiyənin Antalya şəhərində qış təlim məşq toplanışna start verən “Xəzər Lənkəran” dünən keçirdiyi səhər məşqi ilə toplanışa yekun vurub.
Korner.az-ın məlumatına görə, komanda bu gün səhər saatlarında məskunlaşdığı “Ela Quality Resort” otelini tərk edərək Antalya-İstanbul-Bakı aviareysi ilə vətənə yola düşəcək.
Bakıda “Modern” otelində toplaşacaq “Xəzər Lənkəran” istirahət etmədən fevral ayının 1-də “Qarabağ” klubu ilə Premyer Liqa matçının hazırlığına start verəcək.