“Xəzər Lənkəran” UEFA Avropa Liqasının təsnifat mərhələsinin oyunlarına hazırlıq məqsədilə bu gün Avstriyaya yollanır. Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, cənubluların hazırlıq prosesinin iki mərhələdə keçirilməsi nəzərdə tutulur.
Təlim məşqin birinci mərhələsi Kirxdorf ərazisində "Syuald" otelində baş tutacaq və iyun 5-dən 16-dək davam edəcək.
İyunun 16-dan 29-dək keçiriəcək ikinci mərhələ zamanı isə komanda Avstriyanın digər bölgəsi – Şeffauda "Kayzer" otelində məskunlaşacaq. Təlim-məşq toplanışı zamanı bir neçə yoxlama oyununun keçirilməsi və potensial yeni futbolçuların baxışı planlaşdırılır.
