Transfer çalışmalarını davam etdirən “Xəzər Lənkəran” daha bir futbolçu ilə müqavilə bağlayır.
Korner.az-ın məlumatına görə, baş məşqçi Mustafa Dənizli baxışda olan Deyan Blajevskini bəyənib və komandada saxlanılmasını istəyib.
Deyan Blajevskinin son iş yeri Makedoniyanın “Turnovo” klubu olub. 28 yaşlı cinah yarımmüdafiəçisi 2012-ci ildən çıxış etdiyi 58 oyun keçirib və 40 qol vurub. O, əvvəllər Makedoniyanın “Pelister”, Yunanıstanın isə “Aqrotikos”, “Veriya” və “Pierikos” klublarında çıxış edib. 2012-ci ildən çağırıldığı yığmada 2 oyuna çıxıb və 1 qol vurub. “Transfermarkt” ona 700 min avro qiymət qoyub.
