Topaz Premyer Liqasının yeni mövsümünə uğursuz başlayan “Xəzər Lənkəran” klubunun baş məşqçisi Oğuz Çətin heyətə əl gəzdirməyə başlayıb.
Korner.az-ın məlumatına görə, keçirdiyi 2 oyunda cəmi 1 qol vuran “ağ-yaşıllar”ın çalışdırıcısı braziliyalı hücumçu Franko Nildodan narazıdı.
Ölkə çempionatının III turunda Zaqatalada “Simurq”la qarşılaşacaq “Xəzər Lənkəran” hazırda paytaxtdakı “Modern” otelində məskunlaşıb. Amma dünəndən məşqlərə qatılmayan Nildo özünə yeni komanda axtarışındadı.
Xatırladaq ki, Nildo “Xəzər Lənkəran”a uelsli baş məşqçi Con Toşakın vaxtında AZAL klubundan transfer olunmuşdu.
