"Xəzər Lənkəran" növbəti transferini rəsmiləşdirmək üzrədi. Korner.az-ın klubdan əldə etdiyi məlumata görə, Cənub şəhərinin təmsilçisi Andre Roberto Soares da Silva olan Beto ləqəbli futbolçunun keçidini həll etmək üzrədi. 31 yaşlı mərkəz hücumçusu Türkiyə Superliqasındakı çıxışları ilə daha çox diqqət mərkəzinə düşüb.
Beto qardaş ölkədə “Qaziantepspor”, “Bucaspor” və “Mersin İdman Yurdu” kimi klubların şərəfini qoruyub.