“Xəzər Lənkəran” Futbol Klubu braziliyalı
müdafiəçi Uilliam Tyeqo de Jesusla münasibətləri rəsmilşdirdi.
Korner.az-ın məlumatına görə, karyerasına “Sergipe” klubunda başlayan Tyeqo,
2007-ci ildə məşhur “Qremio”nun heyətinə cəlb olunub.
“Qremio” ilə Braziliya A Seriyası və Libertadores kubokunda çıxış
etmiş futbolçu bu klubda olduğu müddət ərzində toplam 50-dən çox oyunda forma
geyinib.
Bir mövsüm Yaponiyanın “Kyoto Sanqa” klubunda
forma geyindikdən sonra müdafiəçi ölkəsinin “Bahia” və
“Seara” klublarında oynayıb.
2013-cü ilin əvvəlində isə Tyeqo “Fiqeyrense” ilə
anlaşıb. Bu komandanın aparıcı üzvünə çevrilən 27 yaşlı arxa xətt oyunçusu
təqvim ili ərzində 40-dan çox oyunda əvəz olunmadan meydanda olub.
“Xəzər Lənkəran”la Tyeqo de Jesus arasında növbəti
mövsümün sonuna qədər qüvvədə olacaq müqavilə imzalanıb.
