“Xəzər Lənkəran” rəhbərliyi azarkeşlərə növbəti jestini edib.
Cənub klubu “Böyük oyun” üçün satışa bilet çıxarmayacaq.
Belə ki, “Neftçi” ilə oyun noyabrın 24-də “Dalğa Arena”da keçiriləcək. Stadiona giriş pulsuz olacaq.
Bundan başqa azarkeşlərin Mərdəkana gedişi üçün avtobus ayrılacaq. Avtobus noyabrın 24-də saat 14.00-da Gənclik metrosunun yanından yola düşəcək.
