"Sumqayıt" Futbol Klubunun əvəzedici komandası çempionatın ikinci mərhələsi üçün hazırlığını davam etdirir. Vaqif Paşayevin komandası növbəti yoxlama oyununa çıxıb. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "Xəzər Lənkəran"ın əvəzediciləri ilə qarşılaşan komanda 1:0 hesabı ilə qələbə qazanıb. “Sumqayıt”ın yeganə qolunu Süleyman Piriyev vurub.