Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Polşanın "Lex" klubu ilə doğma meydanda 1:1 oynayan "Xəzər Lənkəran" bu gündən cavab oyununun hazırlıqlarına başlayır. Korner.az-ın yaydığı xəbərə görə, Cənub təmsilçisinin 4 gündən sonra Poznandakı cavab oyununa bütün komanda tam heyətlə hazırlaşır. "Ağ-yaşıllar"ın heyətində zədəli futbolçuların olmaması Yunis Hüseynovu sevindirən məqamlardandı.
