"Ağ-yaşıllar"ın yeni baş məşqçisi yerli olmayacaq.
"Xəzər Lənkəran"ın boş qalmış baş məşqçi postuna yeni simanın hansı ölkələrdən ola biləcəyi məlumdur.
Korner.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, "ağ-yaşıllar"ın yeni çalışdırıcısının İspaniya, Rumıniya və Türkiyə kimi ölkələrdən birinin olacağı dəqiqdir.
Cənub təmsilçisi Yunis Hüseynovun boşluğunu bu ölkələrdən gələcək baş məşqçi ilə dolduracaq.
Danışıqlar artıq yekunlaşmaq üzrədi və bir neçə gün ərzində "Xəzər Lənkəran" azarkeşləri sevimli komandalarının sükanı arxasına keçəcək baş məşqçinin kimliyini artıq bilmiş olacaqlar.
