AFFA Hakimlər Komitəsi 17-ci turda baş tutacaq "Xəzər Lənkəran" – "Neftçi" matçına FİFA referisi Fariz Yusifovu baş hakim təyin etdi.
Son oyunlarda kobud səhvə yol verən FİFA referisinin "Böyük oyun"a təyinatı "Xəzər Lənkəran" tərəfini narahat etmir.
"Xəzər Lənkəran" klubunun icraçı direktoru Höccət Hacıyev Korner.az-a verdiyi açıqlamada təyinatla bağlı bunu deyib:
"Biz deməklə iş bitmir. Fariz Yusifovun bu oyuna təyinat alması normaldı. Düzdü, səhvləri var. Səhvsiz hakim yoxdu. Ancaq mən tərəfdarıyam ki, bu cür oyunlara FİFA referiləri təyinat alsın".
