Topaz Premyer Liqasının 24-cü turunda Bakının
“İnter” klubu ilə bərabərə qalan “Xəzər Lənkəran” bu gün Lənkəranı
tərk edərək paytaxta yollanır.
Korner.az-ın məlumatına görə, Lənkəran təmsilçisi bu gün və sabah istirahət edəcək. 2 gün sonra
isə klub məşqə çıxacaq. 25-ci turda klub səfərdə “Rəvan”ın qonağı olacaq.
Nəzərinizə çatdıraq ki, məşqlər “Bayıl Arena”da keçiriləcək.
